Kanada və Hindistan arasında qətl-casus qalmaqalı 

Kanada və Hindistan arasında qətl-casus qalmaqalı 

Dünya Veb saytların hazırlanması

19 Sentyabr 2023 12:07 224


"Hindistan hökumətinin məşhur sikx liderin qətlində əli var". 

Yenisabah.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo bildirib. 

Hardip Sinq Niccar iyun ayında böyük bir sikx icmasının yaşadığı Vankuverətrafı bölgədə güllələnərək öldürülüb. Kanada səlahiyyətliləri bununla bağlı hind casuslarından şübhələnirlər. 

Bu səbəbdən Kanada Hindistan kəşfiyyatının rəhbərlərindən olan yüksək rütbəli hind diplomatını ölkədən çıxardığını açıqlayıb. 

Hindistan Xarici İşlər Nazirliyi bu cür ehtimalları “absurd” adlandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!