Karantində Gürcüstanda qalan şagirdi sinifdə saxlayıblar

saytların hazırlanması

Evə çatdırılma

Karantində Gürcüstanda qalan şagirdi sinifdə saxlayıblar

Sosial

17 Sentyabr 2020 14:27 1456


Ötən tədris ilində sərhədlərin bağlanması səbəbilə ailəsi ilə xarici ölkəyə səfər edən şagirdlərin bəziləri geri qayıda bilməyib. Nəticədə onlar təhsil prosesindən kənarda qalıblar. 9-cu sinif şagirdi Luka Həsənov da məhz bu problemlə üzləşənlərdəndir. 

Saytımıza daxil olan məlumata görə, Luka Həsənov 9 saylı Zəngilan məktəbində təhsil alır.  O, valideynləri ilə birgə qış tətili üçün Gürcüstana gedib. Daha sonra Azərbaycanda sərt karantin rejimi elan edilərək sərhədlər bağlanıb. Vəziyyəti nəzərə almayan məktəb rəhbərliyi isə onu sinifdə saxlayıb.

Maraqlıdır, bu kimi problemlərin həlli üçün ailələr hansı addımı atmalıdır? Dominos pizza

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, valideynlər belə problemlə üzləşdikdə ilk əvvəl yerli təhsil şöbəsinə müraciət etsinlər:

“Bu, konkret hadisədir. Bununla bağlı şikayətləri varsa, müvafiq quruma bildirsinlər. İndi ona cavab verə bilməyəcəm, çünki araşdırma tələb edən məsələdir. Mən inanmıram ki, səbəbsiz yerə kimsə sinifdə saxlanılsın. Yerli təhsil şöbəsinə, uşağın təhsil aldığı məktəbə müraciət etsinlər. Hər şeyin Təhsil Nazirliyi səviyyəsində müzakirə olunmasını istəmirik. İstəyirik ki, yerlərdə bununla bağlı məsul olan qurumlar da öz fikirlərini bildirsinlər. Əgər orada hər hansı problemlə üzləşsələr, şübhəsiz ki, hara istəsələr müraciət etmək hüquqları var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!