Keçmiş məhkum yenidən tutuldu - Bu dəfə tiryəklə...

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum yenidən tutuldu - Bu dəfə tiryəklə...

Kriminal

03 Mart 2023 13:30 878


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, Z.Barabaşovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!