Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib. Marqarita pizza
V. Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız