Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdarloğlu Sinop mitinqində tərəfdarlarına yeni vədlərlə səslənib.
Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, CHP lideri içiboş vədləri verərkən deyib:
“Məni seçsəniz, yuxarıdan alıb, ancaq aşağıya paylayacağam. Buradan qeyri-rəsmi çalışan işçilərə səslənirəm. Hər kəs iş yerlərində qeydiyyatlı olacaq. Dövlət rəsmi olmayan işçi qüvvəsini çalışdıra bilməz. pizza sifarişi
Çox vaxt müəllimlərin seçim mərhələsində problemlərlə rastlaşırıq. Müəllim müəllimdir, stajına və savadına görə pul almalıdır.
Gənclər, sizə səslənirəm. KPSS-də (test imtihanı - red.) müsahibələri ləğv etdirəcəyəm. Mənim aləmimdə dövlətin dini ədalətdir. Ədalət olmayan yerdə dövlət olmaz, məhsuldarlıq olmaz, qanun heç olmaz. Ədalət olmayan yerdə narkobaronlar gəzir. Onlar millətimizi məhv edir”.
Telegram kanalımız