KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYA

Sosial

22 Sentyabr 2020 12:40 959


Jurnalistlər üçün inşa olunmuş üçüncü binadakı mənzillərin verilməsi ilə bağlı prosesin yaxın zamanlarda başlayacağı, ilkin mərhələdə 50 jurnalistə mənzil hədiyyə ediləcəyi barədə xəbərlər yayılıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) mətbuat katibi İlkin Nadirov APA-ya açıqlamasında deyib ki, hələ ki, inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir yenilik yoxdur.

Bu barədə hər hansı informasiya olsa, ictimaiyyətə məlumat veriləcəyini söyləyən İ. Nadirov  qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!