Konstitusiya Məhkəməsi ipoteka  ilə bağlı müqaisəli məsələni parlamentə göndərdi   - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Konstitusiya Məhkəməsi ipoteka ilə bağlı müqaisəli məsələni parlamentə göndərdi - QƏRAR

Sosial

27 Avqust 2020 19:41 910


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Yenisabah.az-a verilən məlumata görə, iclasda Bakı Apellyasiya

Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. pizza

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin - Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclisin nümayəndələrinin yazılı çıxışlarını dinləyib, Ali Məhkəmənin, Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərinin yazılı mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!