“Azərbaycanda da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılım təmin edilə bilərdi. Amma Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev koronavirus infeksiyasına yoluxan xəstələr üçün nəzərdə tutulan modul tipli növbəti xəstəxananın açılşı zamanı bildirib.
Yada salaq ki, koronavirus pandemiyasına görə xüsusi karantin rejimi daha bir ay uzadılıb. İctimai müzakirələrdə buna ehtiyac olmadığı barədə də fikirlər səsləndirlir. Ölkə başçısının fikirlərindən isə sezilir ki, dövlət vətəndaşların sağlamalığına önəm verir. Ona görə də koronavirusla mübarizə maksimum səviyyədə aparılır. pizza sifarişi
Yoluxma sayı azalsa da, dövlət bununla qane olmur. Ölkə başçısı İlham Əliyev də çıxışında bildirib ki, koronavirus infeksiyası ilə dünya statistikasına baxdıqda Azərbaycanda əldə edilmiş nəticələr “doğrudan da çox təsirli və dəyərlidir”.
“Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu” deyən ölkə başçısı bununla belə xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilməməsini əsas prioritet hesab edir.
Dövlət hesab edir ki, koronavirus dünyanı təhdid etməkdə davam edirsə, arxayınlaşmaq olmaz. Bu baxımdan, təhlükəni sıfıra endirmək üçün müvafiq addımların atılması davam etməlidir.
Ölkə başçısı da hesab edir ki, dövlətin qətiyyətli addımları və vətəndaşların məsuliyyəti vəziyyətdən çıxmağa imkan verəcək.
“Dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”, - deyə İlham Əliyev çıxışında vurğulayıb.
Telegram kanalımız