Koronavirusa görə bağlanan bazar açıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə bağlanan bazar açıldı

Sosial

22 Sentyabr 2020 10:19 1059


Şəki rayonunda kütləvi yoluxmanın qeydə alındığı və fəaliyyəti üç gün müvəqqəti olaraq dayandırılmış bazar açıldı.

Yenisabah.az xəbər verir ki, "Şəki Bazar" ASC bu gün səhər saatlarında fəaliyyətə başlayıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASCnin üç gün müeddətində fəaliyyətini dayandırmışdı.  Dördpendirli pizza

Qeyd edək ki, mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində ötən həftə 12 nəfər in virusa yoluxduğu aşkar edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!