Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, görüşün Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcəyinə ümid etdiyini deyib.
Peskovun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları əsl qəhrəmanlıq göstərir: "Heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz". Dördpendirli pizza
Kremlin sözçüsü qeyd edib ki, hələlik Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti barədə danışmaq mümkün deyil.
O hələlik Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planların olmadığını da əlavə edib.
Telegram kanalımız