Krımda Rusiyanın S-400 raket sistemi məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Krımda Rusiyanın S-400 raket sistemi məhv edildi

Dünya

23 Avqust 2023 15:13 547


"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb". 

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında bildirilib.

Qeyd edilib ki, bu, rusların hava hücumundan müdafiə sisteminə ağrılı zərbədir və işğal olunmuş yarımadada gələcək hadisələrə təsir edəcək. pizza mizza

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən işğal olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!