Krımı azad edəndə havalar isti olacaq - Sözçü

Krımı azad edəndə havalar isti olacaq - Sözçü

Dünya Veb saytların hazırlanması

09 İyun 2023 10:52 537


“Ukrayna ordusu Krıma daxil olanda havalar hələ isti mövsüm olacaq”.

Yenisabah.az “Ukrainska pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov deyib.

O bildirib: “Biz ssenarilərdən danışırıq və aydındır ki, ssenarilər fərqli şəkildə istifadə oluna bilər. Bu, bukmeker kontorundakı mərc deyil. Əlbəttə, düzəlişlər olur, lakin ümumi qiymətləndirmə dəyişməz olaraq qalır. Ukrayna, şübhəsiz ki, Krımı qaytaracaq”.

O, Krımın ehtimal olunan işğaldan azad edilməsi üçün tarix açıqlamayıb:

“Düşünürəm ki, indi konkret tarixi müzakirə etməyimiz düzgün deyil, amma düşünürəm ki, bu baş verəndə havalar hələ isti olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!