Küçəni bağlayıb toy etmək istədilər - Polis atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

Küçəni bağlayıb toy etmək istədilər - Polis atəş açdı

Hadisə

29 May 2022 11:38 1137


İstanbulun Esenyurt rayonunda toy etmək istəyən şəxslərlə polislər arasında dava düşüb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə bir qrup şəxsin Fatih məhəlləsində küçəni bağlayaraq toy etmək istəməsi səbəb olub. 

Həmin ərazidə yaşayan sakinlər bununla bağlı polisə şikayət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları küçənin bağlanaraq toy edilməsinin yolverilməz olduğunu bildirib.  pizza

Xəbərdarlıqlara məhəl qoymayanlar polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bir müddət sonra mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı qruplaşmanın 2 üzvü polisə yumruq zərbələri endirib. Polis bibər qazından istifadə edərək havaya xəbərdarlıq atəşi açıb.

Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra ara sakitləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!