Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində qurudulmuş marixuana aşkar edilib.
Yenisabah.az xəbər verir ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. pizza sifarişi
Telegram kanalımız