“Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik“ -   Təranə Qumral

saytların hazırlanması

Evə çatdırılma

“Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik“ - Təranə Qumral

Şou

27 Sentyabr 2022 17:24 6241


"Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik".

Bunu Yenisabah.az-a açıqlamasında müğənni Təranə Qumral deyib.

O, müharibə dövründə və atəşkəsin pozulması dönəmində bəzi şou nümayəndələrinin hərbi geyimlə şəkillər çəkdirməsinə etirazını bildirib. pizza sifarişi

Qardaşı Birinci Qarabağ müharibəsində şəhid olan müğənninin sözlərinə görə, bu cür addımlar vətənpərvərliyin simvolu sayılmır:

"Şou nümayəndələri öz işiylə məşğul olsa, yaxşı olar. Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur. Belə addımlar vətənpərvərliyim simvolu deyil. Vətənpərvərlik insanın qanında, canında olmalıdır. Bununla kimsə şəhid ailələrinə, qazilərə dəstək olacağını düşünürsə, səhv edir.

Qonşudan bişən yeməklə heç kəsin qarnı doymur. Vətənpərvər kişi şou nümayəndələri cəbhədə döyüşər, qadınlar da həmin ailələrə maddi yardım göstərər.

Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik. Bizim ailədə belə şeylər olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin!"

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!