Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2 681 nəfərə çatıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, azı 2501 nəfər xəsarət alıb.
Qurbanların sayı ən çox Əl-Hövz (1591) və Tarudant (809) əyalətlərində qeydə alınıb.
Təcili yardım xidmətləri binaların dağıntıları altında qalan ölü və yaralıların axtarışlarını davam etdirir.
Xatırladaq ki, sentyabrın 8-də krallıqda zəlzələ baş verib. Ölkədə 3 günlük matəm elan edilib.
Telegram kanalımız