Meşə yanğınlarında 37 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Meşə yanğınlarında 37 nəfər öldü

Hadisə

18 Avqust 2022 23:57 1113


Əlcəzairdə meşə yanğınları nəticəsində ölənlərin sayı 37-yə çatıb. 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Ennahar" televiziyası məlumat yayıb.

Məlumata görə, xəsarət alanların sayı 183 nəfərə çatıb. Meşə yanğınları əsas dağlıq ərazilərdə müşahidə edilir və qurbanlar ölkənin şərq hissəsində yerləşən Əl Taref və Setif əyalətlərindəndir. pizza mizza

Rəsmilər bildirib ki, meşə yanğınlarının əksəriyyəti söndürülüb, bəziləri nəzarət altına alınıb.

Bir il əvvəl Əlcəzairdə meşə yanğınları nəticəsində azı 65 nəfər həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!