Məşhurların narkotik qalmaqalı böyüyür – Ekspertiza nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların narkotik qalmaqalı böyüyür – Ekspertiza nəticələri açıqlandı

Şou

28 İyul 2026 01:42 113


Türkiyədə tanınmış simaların adının hallandığı narkotik istintaqında diqqətçəkən yeni detallar üzə çıxıb. Ekspertiza nəticələri bəzi məşhurların həbsinə, digərlərinin isə sərbəst buraxılmasına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin Bakırköy Prokurorluğunun tanınmış şəxslərlə bağlı narkotik vasitələrin istifadəsi ilə əlaqədar apardığı istintaq çərçivəsində saxlanılan 19 şübhəli üzrə ekspertiza nəticələri açıqlanıb.

Məhkəmənin qərarı ilə müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində həbs qətimkan tədbiri seçilib. pizza hut

Müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə əsasən, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe və Şefik Ömər Dolmanın analizlərində kokain aşkarlanıb. Büşra Tatarın analizində isə kodein maddəsi müəyyən edilib.

Bununla yanaşı, müğənni Sıla Gençoğlu və Aybüke Alberenin narkotik testlərinin nəticəsinin mənfi olduğu bildirilib.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!