Xəzərdə gərginlik: “Bu hücum cavabsız qalmayacaq!”

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə gərginlik: “Bu hücum cavabsız qalmayacaq!”

Dünya

27 İyul 2026 09:43 985


İran Ukraynanın hərəkətlərini cavabsız qoymayacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib.

O, Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna cavab olaraq "X" hesabında yazıb:  Pepperoni pizza

"İrana qarşı istənilən hücum həmişə öz bədəlini daşıyır və bu, bu gün də belədir; ABŞ və İsrail artıq bundan yaxşı xəbərdardırlar. Ukrayna da tezliklə başa düşəcək ki, İran öz hərəkətlərini cavabsız qoymayacaq. Hesablamalarında səhv edənlərin siyahısı artmaqda davam edir!".

İyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə zərbə endirdiyini və nəticədə bir heyət üzvünün öldüyünü bildirib.

Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, rəsmi Kiyev bunu Avropanı Yaxın Şərqdəki müharibəyə cəlb etmək üçün İsrailin göstərişi ilə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!