Rusiyaya aparılan nəhəng qızılgül partiyası sərhəddə ifşa olunub. Saxta sənədlərlə ölkəyə keçirilməyə cəhd edilən on minlərlə gülün taleyi isə qısa zamanda həll edilib.
“Yeni Sabah” xəbər verir ki, Rusiyanın “Rosselxoznadzor” qurumu Belarus üzərindən ölkəyə saxta sənədlərlə Ermənistandan gətirilən 39 min 200 ədəd təzə kəsilmiş qızılgülün idxalının qarşısını alıb.
Məlumata görə, Smolensk gömrük məntəqəsində Rusiyaya idxalı qadağan olunmuş gülləri daşıyan yük avtomobili saxlanılıb. Marqarita pizza
“Rosselxoznadzor”un ərazi idarəsinin qərarı ilə kontrabanda yolu ilə gətirilən qızılgül partiyası iyulun 23-də tamamilə məhv edilib.
Qanunsuz daşımanı həyata keçirən daşıyıcı barəsində isə inzibati protokol tərtib olunaraq məsuliyyət tədbirləri görülüb.
Telegram kanalımız