İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Çərşənbə axşamı, iyulun 30-da keçiriləcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamenti Rəyasət Heyətinin üzvü Müctəba Yusefi deyib.
Onun sözlərinə görə, mərasimdə məhkəmə hakimiyyətinin başçısı, Ali Məhkəmənin sədri kimi məsul şəxslərlə yanaşı, müxtəlif ölkələrdən olan xarici qonaqlar da iştirak edəcəklər. Dominos pizza
Xatırladaq ki, iyulun 5-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeçkian qalib gəlib.
Telegram kanalımız