Sabunçu rayonunda əvvəllər işlədiyi məzar daşlarının hazırlanması sexindən oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, Zabrat qəsəbəsindəki sexin qapısını sındıraraq içəri daxil olub. Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.
Sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Toyuqlu pizza
Telegram kanalımız