Mina yeni sevgilisi barədə: “Bizə dəyməyin“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Mina yeni sevgilisi barədə: “Bizə dəyməyin“ - Video

Şou

09 Mart 2023 15:07 937


Müğənni Mina Hüseyn yeni eşqə yelkən açıb.

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb.

Mina bildirib ki, o, yeni sevgilisi isə ilə bir neçə həftə əvvəl Ümrə ziyarətində tanış olub: Sezar pizza

"Sevgilimi gizlətmirəm. Bu mövzuda qarşı tərəfdən heç bir problem yoxdur. Bir aydır ki, tanış olmuşuq. Hələ ki bir-birimizi yeni tanıyırıq. Hər şeyi zamana buraxmışıq.

Üzdə olan insanam, hamı şəxsi həyatımla maraqlanır və həyatımda birisi olduğunu göstərmək üçün İstanbulda yeni sevgilimlə çəkdirdiyim şəkili sosial şəbəkə hesabında paylaşdım. Yenə danışıldı, müzakirə olundu.

Çox xahiş edirəm, bizə dəyməyin. Ümrə ziyarətinə getmişdim. Orada onunla tanış oldum. Məncə, bu, Allahın qismətidir. Sənətimdə mənə çox dəstək olur. Deyir ki, istəyirəm ki, sənətini və müğənnilik fəaliyyətini davam edəsən. Mənə hörmətlə yanaşır, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. 8 Martda isə mənə bahalı parfüm hədiyyə etdi". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!