Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şübhəli 1985-ci il təvəllüdlü Elşən İsmayılovdur.
Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib. pizza mizza
Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
Telegram kanalımız