Miqrantlar Rusiyadan qaçır - Səbəb rublun ucuzlaşmasıdır

saytların hazırlanması

Evə çatdırılma

Miqrantlar Rusiyadan qaçır - Səbəb rublun ucuzlaşmasıdır

Dünya

16 Avqust 2023 08:58 978


Rublun dollara və avroya nisbətdə zəifləməsi və nəticədə gəlirlərin azalması ucbatından əmək miqrantlarının üçdə birinə qədəri Rusiyanı tərk edə bilər.

Yenisabah.az Vedomosti-yə istinadla xəbər verir ki, belə bir proqnozu Moskvadakı özbək diasporunun rəhbəri Bəhrom İsmayılov verib.

Özbək diasporunun nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 50%-i dolların bahalaşması ilə əlaqədar Rusiyanı tərk etməyi düşünür, respondentlərin 25%-i bunu etməyi planlaşdırmır, 25%-i isə hələlik cavab qərarı verməyib.  Pepperoni pizza

İyunun sonundan etibarən rubl əsas xarici valyutalar qarşısında zəifləyir. Avqustun 14-də Moskva birjasında keçirilən ticarət zamanı 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə olaraq dollar 101 rublu, avro 110 rublu ötüb. Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən rublun real effektiv məzənnəsi (Rusiyanın əsas ticarət tərəfdaşlarının inflyasiyaya uyğunlaşdırılmış valyuta səbətinə nəzərən) 26,4% ucuzlaşıb. Bu ilin 7 ayı ərzində rubl dollara nisbətən 27,5%, avroya qarşı isə 29,9% ucuzlaşıb. Rusiya Bankının avqustun 15-də əsas məzənnə məsələsi ilə bağlı İdarə Heyətinin növbədənkənar iclasını elan etməsindən sonra rubl möhkəmlənməyə başlayıb.

İDolların məzənnəsinin artması ilə əlaqədar Rusiyada xarici vətəndaşların qazancı azalır və getdikcə ölkə daxilindəki gəlirləri ilə müqayisə olunur. 

Əmək Nazirliyi tabeliyindəki Əməyin Mühafizəsi və İqtisadiyyatı üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun məlumatlarına istinadən 2030-cu ilə qədər Rusiyada əmək miqrantlarına ehtiyacı 3,5 milyon nəfər olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!