Misirdə məktəblərdə qızların niqab taxması qadağan edilir 

saytların hazırlanması

Evə çatdırılma

Misirdə məktəblərdə qızların niqab taxması qadağan edilir 

Dünya

14 Sentyabr 2023 12:28 596


Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib. 

Yenisabah.az xəbər verir ki, müvafiq qərar Misirin Təhsil Nazirliyi tərəfindən qəbul olunub. 

Yeni qaydalar sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadağanı təzyiq kimi qiymətləndirib, digərləri isə ona dəstək verib. Dördpendirli pizza

Nazirlik qeyd edib ki, təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır. Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır. 

Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!