Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

25 Dekabr 2020 19:50 542


Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki,  mətndə deyilir:

"Hörmətli cənab Prezident. Dominos pizza

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Pandemiya ilə bağlı hazırda yaşadığımız çətin dönəmə baxmayaraq, ölkələrimiz həmrəylik nümayiş etdirir, Monteneqro və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin və sıx münasibətlərin davamlı inkişafına töhfə verməkdə davam edirlər.

Sizinlə yaxın gələcəkdə görüşməyimizi səbirsizliklə gözləyirəm və dost Azərbaycana inkişaf arzulayıram.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!