Moskvaya dron hücumları davam edir

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya dron hücumları davam edir

Dünya

19 Avqust 2023 07:41 1097


Moskvada avqustun 18-ə keçən gecə hava hücumundan müdafiə sistemləri işləyib.

Xəbər verilir ki, vurulmuş dronun qırıntıları Moskva-sitidəki Eksposentrə ziyan vurub. Bu sərgi mərkəzi Rusiya hökumətinin binaları yaxınlığındadır.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, dron Moskva vaxtı ilə səhər 4 radələrində aşkar edilərək vurulub. Pepperoni pizza

Nazirlik əlavə edir ki, dron vurulduqdan sonra istiqamətini dəyişərək Moskva çayı sahilindəki Krasnopresnenski rasyonunda qeyri-yaşayış binasının üstünə düşüb. İtki və yanğının olmadığı xəbər verilib.

Mash saytı məlumat mənbəyini göstərmədən yazır ki, vurulan PUA – Ukraynanın “Bobyor” kamikadze dronu olub. Eynilə belə bir dron avqustun 11-də Moskvanın şimal-qərbindəki Jivopisnı körpüsü rayonunda vurulmuş, ya da yerə düşmüşdü.

Bu Moskva-siti üzərinə son bir ayda üçüncü belə dron hücumudur. Rusiya Müdafiə Nazirliyi dron hücumuna görə Ukraynanı ittiham edib. Kiyev adətən belə dron hücumları barədə operativ qaydada məlumat vermir.

Bu da xəbər verilir ki, avqustun 18-də gecə saat 3:30-da Vnukovo hava limanı üzərində hava məkanı bağlanıb. Bu müddətdə bir neçə reys ləğv olunub. Hava limanı işini 3 saatdan sonra bərpa edə bilib. Daha sonra Rosaviasiya bəyan edib ki, Moskvanın bütün aeroportlarında – Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limalarında təyyarələrin uçuşları müvəqqəti dayandırılıb. Belə bir hadisə ilk dəfədir ki, baş verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!