Moskvaya PUA-larla hücum edildi - Reyslər təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya PUA-larla hücum edildi - Reyslər təxirə salındı

Dünya

22 Avqust 2023 09:19 674


Rusiya Müdafiə Nazirliyi avqustun 22-nə keçən gecə Moskva və Bryansk viayətlərinə hücum edən pilotsuz uçuş aparatlarına (PUA) hücum edildiyini açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, məlumat Nazirliyin teleqram kanalında yayılıb.

Bildirilir ki, PUA-lardan ikisi Moskva vilayətində hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, digər ikisi isə Bryansk vilayətində radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb.  pizza

Nazirlik hücum görə Ukraynanı ittiham edib. Hücumlar zamanı xəsarət alan olmayıb.

Moskva meri Sergey Sobyanin "Telegram"da bildirib ki, PUA-lardan biri Krasnoqorsk vilayətində, ikincisini isə Çatsov vilayətində məhv edilib. Hadisə yerinə xüsusi təyinatlılar göndərilib. 

"Kommersant" nəşri yazıb ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində çoxmərtəbəli binanın şüşələri qırılıb. Evin yaxınlığında dayanmış bir neçə avtomobilə də ziyan dəyib. 

Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti dayandırılıb. Hücumdan sonra hava limanları yenidən fəaliyyətə başlayıb. 10-dan çox reys təxirə salınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!