MTN polkovnikinin cəzası azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

MTN polkovnikinin cəzası azaldıldı

Kriminal

15 Fevral 2024 15:44 1379


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Ali Məhkəmə məhkum barədə əvvəlki qərarı dəyişib.

Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib. pizza mizza

E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.

Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!