“Muğanbank”da qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Muğanbank”da qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı

Kriminal

17 Mart 2023 17:16 1196


“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb. pizza sifarişi

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!