Müşviq Şahverdiyev 90 minlik məhkəməni uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Müşviq Şahverdiyev 90 minlik məhkəməni uduzdu

Şou

10 Mart 2023 17:20 1818


Aktyor Müşviq Şahverdiyev “Cinemazadeh” şirkəti ilə məhkəmə çəkişməsində uduzub. 

Yenisabah.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Bakı Kommersiya Məhkəməsinə sənədlər, sübutlar, yazışmalar, səsli mesajlar təqdim etsə də, məhkəmə ədalətsiz qərar çıxarılıb: pizza

"Hakim Ülkər Həsənova ədalətsiz qərar verdi. Əlimizdə sübut osla da, onların yalanlarına... Guya film çəkiblər, gedib çəkilməmişəm və sairə. Çox utandım, çox utancverici şeylər edildi. Bu ədalətsizliyi edib, insanların üzünə necə baxırlar, anlamıram. Amma “Cinemazadeh”in rəhbərinə üzümü tuturam, “Cəfərcik” (Cəfər Axundzadə), bununla heç nə bitmir. Qarşıda Apelyasiya Məhkəməsi var, görüşəcəyik.

İşlər qarşıdadır. Mən sübut edəcəm. İnşallah növbəti məhkəmədə ədalətli insan olacaq, düzgünlüyə qiymət verəcək, biz qazanacağıq”.

Xatırladaq ki, “Cinemazadeh” şirkəti M. Şahverdiyevdən 90 min manat tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!