“Naqan“ satmaq istəyən Sabunçu sakini yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

“Naqan“ satmaq istəyən Sabunçu sakini yaxalandı

Kriminal

17 Fevral 2023 11:23 1271


Sabunçu rayonunda “Naqan” markalı tapança satmaq istəyən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Yenisabah.az Dİn-in mətbuat xidmətinə istinadla xəbər verir ki, qanunsuz olaraq üzərində odlu silah-sursat gəzdirən Vüsal Əzimovdur. Baxış zamanı 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!