"Moskvada “Şimal axını”nda baş verən partlayışlarda Qərbin izini göstərən məlumatlar var".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin bildirb.
O vurğulayıb: "Qərb ölkələri az qala ertəsi gün istintaqa, terror aktının müəlliflərinin axtarışına qoşulub. Mən bu qiymətləndirməni bir az düzəldərdim. Fikrimcə, Qərb bu beynəlxalq terror aktının əsl icraçılarını və təşkilatçılarını gizlətmək üçün hər şeyi edir”.
Xatırladaq ki, sentyabrın 26-na keçən gecə “Şimal axını 2” boru kəmərinin xətlərindən birində sızma baş verib. Bu, Bornholm adasının cənub-şərqində Danimarkanın eksklüziv iqtisadi zonasında baş verib. Bornholmdan şimal-şərqdə yerləşən birinci "Şimal axını"nın hər iki xəttindən qaz sızması da qeydə alınıb.
Telegram kanalımız