NATO hərəkətə keçdi: Ukrayna səması tam qorunacaq

saytların hazırlanması

Evə çatdırılma

NATO hərəkətə keçdi: Ukrayna səması tam qorunacaq

Dünya

10 İyul 2024 16:56 637


NATO sammitinin ilk günündə ABŞ Prezidenti Co Bayden, Niderland Baş naziri Dik Şof, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Meloni, Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələri verilməsi ilə bağlı birgə bəyanat yayıb. 

Axar.az xəbər verir ki, Ukrayna prezidenti də bəyanata qoşulub. 

Bəyanatda bildirilir ki, bu ölkələr Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi verərək, Ukrayna şəhərlərinin, mülki şəxslərin və hərbçilərin qorunmasına kömək edəcək.  pizza

Bundan əlavə, yaxın aylarda ABŞ və tərəfdaşlar Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və Gepard sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi təqdim etmək niyyətindədirlər. Həmçinin Kanada, Norveç, İspaniya və Böyük Britaniya da daxil olmaqla, bir neçə müttəfiq eyni sistemləri tədarük etməyə davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!