Naxçıvanda yeni təyin olunmuş məktəb direktoru işdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni təyin olunmuş məktəb direktoru işdən azad edildi

Hadisə

03 Fevral 2023 21:59 3037


Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

Yenisabah.az xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib. Marqarita pizza

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!