Nazir Təranə Əhmədovanı işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir Təranə Əhmədovanı işdən çıxardı

Sağlamlıq

01 May 2026 10:10 224


Səhiyyə Nazirliyinin vəzifəli şəxsi işdən çıxarılıb. 

“Yeni Sabah” Qaynarinfo.az-a istinadən xəbər verir ki, qurumun İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova vəzifədən azad olunub.

Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təranə Əhmədova öz istəyi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Təranə Əhmədova uzun illər Səhiyyə Nazirliyində aparıcı məsləhətçisi və digər vəzifələrdə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!