“Pişik” Günel ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova sevgi haqda fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, o “Öz aramızda” verilişində sevəndə hər şeyi, hətta ona neqativ saçan insanların da gözəl gördüyünü bildirib:
“Kimisə sevəndə insan çox dəyişir. Hər şeyi daha gözəl görür, hətta gözəl olmayan şeylər belə ona gözəl görünür. Sanki həyat rənglənir.
İndi bir az fərqlidir, hər şey ağ-qara görünür. Amma yenə də sevgi çox gözəl bir hissdir. İnsan sevəndə həm ruhən, həm də cismən cavanlaşır. Həyata baxışı dəyişir, daha sakit olur. Hətta haqsızlıq görəndə belə çox reaksiya vermir. Hər kəsə sevməyi və sevilməyi arzulayıram.
Əgər insan hiss edirsə ki, qarşı tərəf daha çox sevir, o zaman balans pozulur. Əlbəttə, insan ilk növbədə özünü sevməlidir. Bəzən elə düşünürük ki, kimisə özümüzdən çox sevirik, amma əslində insan üçün ən dəyərli olan yenə də özüdür.
Bəziləri düşünür ki, ayrılıq olsa, yaşaya bilməz. Amma reallıqda heç kim sevgidən ölmür. Ona görə də insan əvvəlcə özünə dəyər verməlidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız