Nazirlikdən himn zamanı yıxılan qadınla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən himn zamanı yıxılan qadınla bağlı AÇIQLAMA

Sosial

16 Sentyabr 2020 17:54 4091


Təhsil Nazirliyi 15 sentyabr - Bilik Günündə məktəblərdən birində himn zamanı huşunu itirərək yerə yıxılan qadınla bağlı açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb.

“Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”, - deyə C. Valehov yazıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!