Neftçalada qanunsuz balıq ovu: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada qanunsuz balıq ovu: Cinayət işi açıldı

Kriminal

18 Mart 2023 11:47 1191


Neftçalada qanunsuz balıq ovu ilə məşğul olaraq təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Şirvan Milli Parkının əməkdaşlarının saxladığı şəxs Yeniqışlaq kənd sakini Taleh Məmmədovdur.

Həmin şəxsdən bir ədəd mühərriklə təchiz edilmiş taxta qayıq, uzunluğu 10 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd külmə balığı aşkarlanaraq maddi sübut kimi götürülüb.  pizza sifarişi

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib. 

Faktla bağlı T.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!