Nərimanovda abad həyət sakinlərin ixtiyarına verildi

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda abad həyət sakinlərin ixtiyarına verildi

Sosial

24 Avqust 2020 12:28 824


Nərimanov rayonu ərazisində 234 ailənin yaşadığı P.Çaykovski küçəsi 2 və 4 saylı binaların həyəti Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən abadlaşdırılmış və sakinlərin istifadəsinə verilib. 

Rayon İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, məhəllədaxili yollara yeni asfalt örtüyü çəkilib, bardürlər yenisi ilə əvəz olunub. Sakinlərin istəyi nəzərə alınaraq, avtomobil parklanma yerləri yaradılmış, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 4 ədəd söhbətgah, idman hərəkətləri ilə məşğul olmaları üçün müxtəlif qurğular, həmçinin uşaqlar üçün yelləncəklər quraşdırılıb. Ərazidə mövcud baxımsız ağaclar budanmış, yeni ağac, kol və müxtəlif gül bitkiləri əkilib.

O cümlədən Prezident İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar “Lifttəmir” İstehsalat Birliyi tərəfindən qeyd olunan hər iki binada cəmi 12 ədəd olmaqla yeni, müasir liftlər quraşdırılıb. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!