Nərimanovda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Hüseyn Soltanovdur. Ondan 1 kiloqram narkotik maddə (heroin) aşkar olunaraq götürülüb.
H. Soltanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza
Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumən qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.
Telegram kanalımız