Paytaxtın Nərimanov rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub.
Həmin şəxs əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutulub. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. Dördpendirli pizza
Tamerlan Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib.
Telegram kanalımız