Nərimanovda qanlı hesablaşma: Tanışını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda qanlı hesablaşma: Tanışını bıçaqladı

Kriminal

08 İyun 2023 10:43 742


Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. 

Nərimanov rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Marqarita pizza

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!