Nikol Paşinyana alma atan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyana alma atan şəxs saxlanıldı

Dünya

24 Avqust 2024 16:57 547


Ermənistanın baş naziri Nikol Paşinyana alma atan vətəndaş saxlanılıb.

Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Şöbədən aydınlıq gətirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb, bu hərəkət xuliqanlıq kimi qiymətləndirilib. Pepperoni pizza

Bundan əvvəl Ermənistan KİV avqustun 24-də səhər saatlarında Kanaker-Zeytun rayonunda velosipedlə yoldan keçən baş nazirə 71 yaşlı kişinin eyvandan alma atdığını yazıb.

Hüquq-mühafizə orqanları qısa müddətdə şübhəlinin şəxsiyyətini müəyyən edərək onu saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!