Növbəti görüşün Ankarada keçirilməsi şərt kimi irəli sürülməlidir -   Partiya sədri

saytların hazırlanması

Evə çatdırılma

Növbəti görüşün Ankarada keçirilməsi şərt kimi irəli sürülməlidir - Partiya sədri

Siyasət

27 Dekabr 2020 19:24 1723


“Ermənistan mətbuatı məlumat yayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada görüşəcəklər. Görüşü Rusiya Prezidenti Vladimir Putin təşkil edir və onun iştirakı ilə keçiriləcək. Paşinyanla görüş zəruridirsə, bu, Tbilisidə hər hansı üçüncü tərəfin iştirakı olmadan keçirilməlidir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.

O qeyd edib ki, əgər Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında birinci görüş Moskvada olacaqsa, növbəti görüşün Ankarada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi şərt kimi irəli sürülməli, buna nail olunmalıdır. Toyuqlu pizza

Xatırladaq ki, Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistanın baş naziri N.Paşinyan arasında Moskvada görüşün keçiriləcəyi iddiası ilə erməni mediası çıxış edib. Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir yanvarın 11-də Rusiya Prezidenti V.Putinin iştirakı ilə görüşəcəklər. Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr aparılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!