Nura Suri deputat haqda: “Yumor hissi olmayanı sevmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri deputat haqda: “Yumor hissi olmayanı sevmirəm“

Şou

17 May 2023 16:47 1618


Müğənni Nura Suri Milli Məclisin deputatı Elman Nəsirovun onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Yenisabah.az Demokrat-a istinadla xəbər verir ki, sənətçi Elman Nəsirovu tanımadığını bildirib:

"Elman Nəsirovu tanımıram. Bir də ki yumor hissi olmayan və sarkazm anlamayanları heç sevmirəm. Çoxu qadınlara 2-ci sort kimi baxır, kişilərə hər şey olar, amma qadınlar gərək heç bəyəndiklərini də dilə gətirməyə. Arada bu millət vəkilləri Milli Məclisdə də xalqın sözün desin, onları tanıyaq". pizza mizza

Xatırladaq ki, Milli Məclisin deputatı Elman Nəsirov müğənni Nura Surinin Türkiyədə prezidentliyə namizəd Sinan Oğana evlilik təklif etməsini bəyənmədiyini deyib:

"Bu xəbəri ilk dəfə sizdən eşitdim. Əvvəla, mən bilən Sinan Oğan evlidir, subay şəxs deyil. Hətta, seçki günü də öz xanımı ilə gəlmişdi və seçki prosesində iştirak edirdi.

Digər tərəfdən xoşuma gəlməyən cəhət odur ki, adətən biz görmüşük ki, kişi qadına evlilik təklifi edər. Bu baxımdan da Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim. Açığı Azərbaycanlı xanımı bu statusda görmək mənim heç xoşuma gəlmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!