Oksigen balonunun partlaması barədə məlumatı Rusiya verib -   Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Oksigen balonunun partlaması barədə məlumatı Rusiya verib - Nazirlik açıqladı

Sosial

27 Dekabr 2024 17:42 320


AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rostov aviaşirkətinin uçuş direktorundan saat 10.53-də daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi açıqlayıb. 

"Rostov Aviaşirkətinin reys direktoru "Aktau Tower"in uçuş direktoruna sərnişin salonunda oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi və gəliş zamanı reanimasiya tələbi ilə bağlı əlavə məlumat verib. Bu məlumat əsasında dərhal bütün xilasetmə xidmətlərinə məlumat verilib", - məlumatda deyilir. Toyuqlu pizza

Qeyd edək ki, təyyarənin sağ qalan ekipaj heyəti bu gün yerli KİV-ə verdiyi açıqlamada oksigen balonunun partlaması barədə məlumatları təkzib ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!