Oktyabrın 19-dan 20-nə keçən gecə... - MÜHÜM MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Oktyabrın 19-dan 20-nə keçən gecə... - MÜHÜM MƏLUMAT

Sosial

17 Oktyabr 2024 19:00 1123


Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şossesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şossesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər. Dominos pizza

Bildirilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!