Ölkənin daxili işinə qarışan səfir geri çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ölkənin daxili işinə qarışan səfir geri çağırıldı

Dünya

25 Avqust 2022 09:46 1219


İsrailin Bosniya və Herseqovinadakı səfiri Noah Qal Gendler ölkənin daxili işlərinə qarışdığı üçün vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, İsrailin Baş naziri Yair Lapid Bosniya və Herseqovinadakı xorvat siyasi partiyaların seçki qanununun dəyişdirilməsi tələbini dəstəkləyən səfirin bu addımını qınayıb.

İsrail mediası xorvat siyasi partiyaların tələblərini dəstəkləyən Noah Qal Gendlerin hərəkətini “İsrail diplomatiyasının ən aşağı səviyyəsi” kimi qiymətləndirib. Marqarita pizza

İsrailin Xarici İşlər Nazirliyi Bosniya və Herseqovina ilə yanaşı, Albaniya səfiri olan Noah Qal Gendlerin yerinə Nyu-Yorkdakı baş konsul Qalit Peleqin təyin edildiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!